“Yuventus” Aleks Sandro ilə bağlı qərarını verdi
16.05.2023 , 17:38

“Yuventus”un futbolçusu Aleks Sandronun komandadakı gələcəyi məlum olub.
Korner.az xəbər verir ki, braziliyalı müdafiəçinin növbəti mövsümdə də İtaliya klubunun formasını geyinəcəyi bildirilir.
Jurnalist Fabrizio Romanonun xəbərinə görə, 32 yaşlı müdafiəçinin bu mövsüm keçirdiyi oyunların sayına görə müqavilə avtomatik olaraq yenilənib.
Belə ki, Aleks Sandro ilə müqavilənin 30 iyun 2024-cü ilə qədər uzadılması təklif edilib.
“Yuventus”un heyətində 308 rəsmi matça çıxan Aleks Sandro bu mübarizələrdə 15 dəfə fərqlənib və 33 məhsuldar ötürmə edib.
