Avropanın aparıcı klublarının transfer hədəfində olan “Yuventus”un futbolçusu Pol Poqba yayda “Çelsi”dən rəsmi təklif alıb.
Korner.az-ın məlumatına görə, bu məlumatı “L`Equipe” nəşri yazıb.
London təmsilçisi “Yuventus”a 95 milyon avro təklif göndərib.
Lakin Turin klubu Poqbanı “Çelsi”yə satmaqdan imtina edib. İtaliya nəhəngi fransalı futbolçunu 100 milyon avrodan aşağı satmamağı planlaşdırır.
