“Yuventus” 3 futbolçu transfer edəcək
06.01.2025 , 16:05
“Yuventus” heyətini yeni oyunçularla gücləndirmək üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, Turin təmsilçisi qış transfer pəncərəsində komandaya üç futbolçu cəlb etməyi düşünür.
İtaliya nəhəngi heyətini iki müdafiəçi və bir hücumçu ilə gücləndirməyi planlaşdırır.
Hazırda “Yuventus” A Seriyasında 18 oyundan sonra 32 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.