“Yuventus” klubu üç futbolçusu ilə müqaviləni yenilməyə hazırlaşır.
Korner.az-ın məlumatına görə, Turin təmsilçisi Pol Poqba, Canluici Buffon və Corcio Kyellini ilə müqavilənin müddətini uzadacaq. Bu barədə klubun prezidenti Cüzeppe Marotta açıqlamasında bildirib.
Qeyd edək ki, hər üç futbolçunun adı Avropanın bəzi klubları ilə hallanırdı.
