İtaliya A Seriyansında 26-cı turun oyunlarına start verilib.
Korner.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib.
Lider “Yuventus” səfərdə “Bolonya” ilə qarşılaşıb.
Son 15 matçdan qələbə ilə ayrılan Turin təmsilçisi nəhayət xal itkisi ilə üzləşib. Matç qolsuz bərabərliklə başa çatıb.
“Yuventus”un liderliyi davam edir. “Bolonya” isə xalını 34-ə çatdıraraq 10-cu pillədə yer alıb.
19 fevral
“Bolonya” – “Yuventus” – 0:0
