“Qəbələ” futbol klubunun rusiyalı baş məşqçisi Yuri Syominin Kazanın “Rubin” komandasına keçəcəyi ilə bağlı təklif daxil olmayıb.
Korner.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, bu bəyanatı Y.Syominin təmsilçisi Dmitri Selyuk verib: “Syominə konkret təklif edilməyib”.
Mənbə xatırladıb ki, dekabrın sonunda Tatarıstan klubunda əsaslı yerdəyişmə edilib.
