Topaz Premyer Liqasının IX turunda “Qəbələ” “Neftçi”ni qəbul edəcək.
Korner.az-ın “Qəbələ” klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu “qırmızı qaralar”ın baş məşqçisi Yuro Syominin “Neftçi”yə qrşı 22-ci rəsmi oyunu olacaq.
O əvvələrdə həm futbolçu, həm də məşqçi kimi “ağ qaralar”a qarşı oynayıb. Sonuncu belə görüş 2005-ci ilin yanvarın 23-də baş tutub. Həmin gün Syominin “Lokomotiv”i “Birlik Kuboku”nun finalında “Neftçi”ni məğlub edib (2:1).
Xatırladaq ki, bu rus mütəxəssisin müstəqillik dövründə “Neftçi”yə qarşı ilk və tək oyunudur. Qalan qarşılaşmalar SSRİ dövrünə təsadüf edib.
