“Qəbələ”nin baş məşqçisi vəzifəsinə əsas namizəd Yuri Syomin Bakıya gəlib. Tale Heydərovla görüşəcək Syomin daha sonra ölkə çempionatının 3 oyununu canlı izləyəcək.
Korner.az-ın məlumatına görə, rusiyalı mütəxəssis bu gün Topaz Premyer Liqasının XXX turunda keçiriləcək “Bakı” – “Qəbələ”, “İnter” – “Qarabağ” və “Neftçi” – “Simurq” oyunlarını izləyəcək.
Bu gün paytaxtda olacaq Syomin sabah isə Qəbələyə yola düşəcək. Sabah yekun danışıqların ardından Yuri Syomin son qərarını verəcək.
Əgər danışıqlarda tərəflər tam razılığa gəlsələr, o zaman Syominin “Qəbələ”yə təyinatı yaxın günlərdə rəsmiləşəcək.