"Qəbələ" Azərbaycan kubokunun 1/8 finalında "Mil-Muğan"la qarşılaşıb və qalib gəlib.
Korner.az-ın məlumatına görə, oyundan sonra məşqçilər bu fikirləri səsləndiriblər:
Mətləb Məmmədov: “Bildiyiniz kimi Azərbaycanın səviyyəli komandasına qarşı oynadıq. Əzmlə, istəklə oynamaq bu günki hesabın böyük olmamağına gətirib çıxartdı. Qapıçımızın qırmızı vərəqə almağı da təsir elədi. Bəlkə də qırmızı vərəqə almasa idi, oynamaq olardı, amma mən yenə də öz komandama çox sağ ol deyirəm. “Qəbələ” komandasına da gələcək oyunlarda uğurlar arzu edirəm”.
Yuri Syomin: “Mən onu deyə bilərəm ki, oyun nəticəsi bizim xeyrimizə olsa da, mən oyunun gedişatından heç də razı qalmadım. Komanda heyətimizdə gənc oyunçular çox idi. Lorenzo Ebesilio dəyişdikdən sonra elə bil ki, hər şey məhv oldu, sanki oyun onun üzərində qurulmuşdu. Rəqib komandanı da çempionat oyunlarında analiz etməmişdik”.
