Rusiyalı mütəxəssis Yuri Syomin “Qəbələ” ilə müqavilə imzalayıb.
Korner.az-ın məlumatına görə, bu barədə Moskva klubunun mətbuat xidmətinin sabiq rəhbəri Aleksandr Udaltsov məlumat verib.
Udatsov öz “tvitter” səhifəsində “Syomin “Qəbələ” ilə müqavilə imzalayıb. Onun köməkçiləri isə Baturenko ilə kiçik Syomin olacaq” – deyə yazıb.
Yuri Baturenko Moskva “Lokomotiv”inin ikinci komandasının çalışdırıcısıdı. Andrey Syomin isə Moskvanın digər klubu “Torpedo”da işləyir.