Topaz Premyer Liqasının 5-ci turunda “Xəzər Lənkəran” səfərdə “Qəbələ” ilə qarşılaşdı. Rəqibini 2-0 hesabı ilə məğlub edən “Qəbələ” turnir cədvəlində 3-cü pillədə qərarlaşdı.
Korner.az-ın məlumatına görə, oyundan sonra keçirilən mətbuat
konfransında meydan sahiblərinin baş məşqçisi Yuri Syomin müdafiə xəttlərinin
yaxşı oynadığını bildirib:
“İlk dəfədir ki, qol buraxmadan oyun nümayiş etdiririk. Müdafiə xəttimiz yaxşı oynadı. Hücumçularımız aktiv oynadı, qələbə qazandıq”.
