“Çempion olmaq şansımız qalmayıb. Amma “Qəbələ” ilə oyun mənim üçün vacibdi”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
Baş məşqçi rəqibi yaxşı tanıdığını bildirib: “Kubokun finalından öncə bu “Neftçi”nin əsas məşqi olacaq. Yuri Syomin məni və “Neftçi”ni gözəl tanıyır. Mən də onu və komandasını yaxşı tanıyıram. Amma rəqibə bütün kartları açmaq istəmirəm. “Qəbələ”nin yaxşı icraçıları var. Ona görə matç çətin olacaq”.
