Premyer Liqanın XVI turunda “Qəbələ” “Simurq”u qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.
Korner.az-ın məlumatına görə, “qırmızı qaralar”ın baş məşqçisi Yuri Syomin oyundan sonra bu fikirləri səsləndirib:
“Oyun iki fərqli hissədən ibarət idi. İlk hissəni çox pis oynadıq. Fasilədə komandaya iradımı bildirdim. İkinci hissədə isə komandanın oyunu tamam dəyişdi. Hücumlar qurduq, daha aqressiv oynadıq, layiqli qələbə qazandıq. “Simurq” çətin rəqibdir, müdafiədə yaxşı oynayır. Əbəs yerə deyil ki, digər komandalardan daha az top buraxıb. Bu komandaya qol vurmaq çox çətindir”.
