“İlk hissədə göstərdiyimiz oyundan və alınan nəticədən razı qaldım”.
Korner.az–ın məlumatına əsasən bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Yuri Syomin Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində keçirilən “Rəvan”-“Qəbələ” oyunundan sonra deyib.
“Dinamik oyun göstərdik, yaxşı qol epizodlarımız oldu. İkinci hissədə daha aşağı səviyyədə oynadıq, topa daha çox nəzarət etdik. Ötürmələrdə tələsirdik, bəzən oyunçular uzun ötürmələr verilən mövqelərdə olmurdular, buna görə də çoxlu top itirdik. Dodo öz mövqeyində əla oynayır, rəqibdən çoxlu top aldı. Assis çoxdandır ki, əsas heyətdə yer almırdı. Fiziki cəhətdən hazırlıqsız olması oyunda özünü göstərdi”
