“Qəbələ”nin baş məşqçisi Yuri Syomin millimizi çalışdıracağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Korner.az-ın məlumatına görə, “Sport-Ekspress”ə danışan rusiyalı mütəxəssis iddiaları təkzib edib:
“Sual ünvana verilməyib. Yaxşısı budu siz soruşun ki, mənim Azərbaycan yığmasını çalışdıracağımla bağlı məlumatı kim yayıb? Mənim deməyə sözüm yoxdu. Ümumiyyətlə, bu haqda heç nə danışmaq istəmirəm”.
