“Mərhələ adlamaq şanslarımız bərabərdi”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib.
“Qəbələ” bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində cavab matçına çıxacaq və “Qarabağ”ın qonağı olacaq. Komandalar arasında ilk oyun 0:0 hesabı ilə başa çatıb. Bu səbəbdən “Qəbələ”yə qollu heç-heçə də sərf edir. “Qarabağ” isə mərhələ adlamaq üçün qələbə qazanmalıdı.
Syomin cari mövsümdə Premyer Liqada qalib gələ bilmədiyi rəqibdən qorxmur: “Qarabağ” çox yaxşı oynayır. Amma biz heç kimdən qorxmuruq. Kubokda mübarizəni davam etdirmək istəyirik”.
