“Qəbələ” klubunun baş məşqçisi Yuri Syomin Rusiyanın “Sport-Ekspress” qəzetinə maraqlı açıqlama verib.
Korner.az-ın məlumatına görə, rusiyalı baş məşqçi Azərbaycan çempionatında zəif klubun olmadığını bildirib:
“Azərbaycan Premyer Liqasında 10 komanda 4 dövrədə oynayır. Burada zəif komandalar kənarda qalıb və sıradan oyun yoxdur".
66 yaşlı mütəxəsis avrokuboklara vəsiqə qazanmağı qarşılarına məqsəd qoyduqlarını bildirib:
“Ötən mövsüm “Neftçi” və “Qarabağ” çempionatda hegemonluq edirdilər. Biz keç il çempionatı altıncı pillədə başa vurmuşduq. Artıq bizdə onlarla başa-baş mübarizə aparmaq gücündəyik. Bu mövsüm avrokuboklara vəsiqə qazanmağı hədəfləyirik”
