Topaz
Premyer Liqasının 20-ci turunun mərkəzi oyununda “Qarabağ” səfərdə “Qəbələ” ilə
qarşılaşdı. Reynaldonun yeganə qolu ilə minimal hesablı qələbə qazanan Ağdam
təmsilçisi turnir cədvəlində yenidən zirvəyə yüksəlib.
Korner.az-ın
məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında meydan
sahiblərinin baş məşqçisi Yuri Syomin rəqibin bir səhvdən maksimum yararlandığını
bildirib:
“Çox gərgin bir oyun keçdi. Bir səhvə yol verdik, o
da qolla nəticələndi. Təkbətək epizodda qol vura bilmədik. Stadionda yaxşı
futbol əhval-ruhiyyəsi var idi, meydan ideal vəziyyətdə idi. Oyunçulara nəsə
demək düzgün deyil, çünki hər biri ayrı-ayrılıqda qələbə üçün çalışdılar. Artıq
3 oyundur ki, “Qarabağ”a uduzuruq. Düşünürəm ki, bu oyunu əvvəlkilərə nisbətən
daha yaxşı oynamışıq. Marat İzmaylov mükəmməl ötürmələr edirdi. Onun
ötürməsindən sonra Mendi qapıçı ilə təkbətək çıxdı, amma yararlana bilmədi.
Düşünürəm ki, o, Ebesiliodan daha yaxşı oynadı”.
