“Keşlə”nin baş məşqçisi Yuri Maksimov istefa verəcəyi ilə bağlı yayılan xəbərlərin əsassız olmadığını təsdiqləyib.
Ukraynalı mütəxəssis “CBC Sport” kanalına açıqlamasında deyib: “Bunun səbəbi var idi. Amma həmin səbəblər haqqında danışmaq istəməzdim”.
Qeyd edək ki, Maksimovun Topaz Premyer Liqanın ötən turunda “Neftçi”yə məğlubiyyətdən sonra istefa verəcəyi haqda məlumat yayılmışdı.
