“İnter” “İnStat Football" şirkətilə olan əmakdaşlığı daha da inkişaf etdirir və indi həmin şirkət klubun futbolçularının fiziki fəallığı haqqında məlumat verir.
Korner.az-ın məlumatına görə, şirkət oyunçuların fərdi göstəricilərini həm komandanın ev, həm də səfər oyunlarında müəyyənləşdirir və sonradan bu məlumatları rəsmi şəkildə təqdim edir.
"İnStat Football" şirkətinin məlumatına görə “Qəbələ” – “İnter” oyununda komandanın futbolçuları 123,5 kilometr məsafə qət ediblər. Bu matçda heyətində ən çox məsafə qət edən beş futbolçu ilə sizi tanış edirik:
№ Adı Məsafə
1 Yuri Fomenko 15354 m.
2 Ruslan Əmircanov 12228 m.
3 İbrahima Niasse 11920 m.
4 Asif Məmmədov 11246 m.
5 İlia Kandelaki 10721 m.
