“Düşünürəm ki, “İnter”lə oyun maraqlı olacaq”. Korner.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in hücumçusu Yuri Fomenko deyib.
Ukraynalı futbolçu klubun saytına açıqlamasında bildirib ki, “bankirlər”lə bu günkü qarşılaşmada uğurlu nəticəyə kökləniblər: “Qələbəyə oynayacağıq. Çünki geriyə yolumuz yoxdur. Sonuncu pillədəyik. Mübarizə aparıb, gücümüzü göstərməyə çalışacağıq. Rəqib də yaxşı komandadır. Çempionat öncəsi önəmli transferlərlə heyəti
gücləndiriblər.”
Qeyd edək ki, “İnter” – “Kəpəz” matçı bu gün 18:00-da “Şəfa” stadionunda baş tutacaq.
