İngiltərə Premyer Liqasında mübarizə aparan “Liverpul”un baş məşqçisi Yurgen Klopp “Roma”nın futbolçusu Leandro Paredesin transfer olunmasını istəyir.
Korner.az-ın məlumatına görə, bu haqda İngiltərə mediası xəbər yayıb.
“Qırmızılar”ın 22 yaşlı yarımmüdafiəçi üçün 21 milyon funt-sterlinq ödəməyə hazır olduğu bildirilir.
Qeyd edək ki, argentinalı oyunçu bu mövsüm İtaliya A Seriasına 22 oyuna 3 qol vurub.
