ÇL-in IV turunda “Arsenal”la qarşılaşacaq Dortmund “Borussiya”sının baş məşqçisi Yurgen Klopp maraqlı açıqlamalar verib.
Korner.az-ın Rusiya mətbuataın istinadən verdiyi məlumata görə, o, “topçular”ın oyununu bəyənsə də, heç vaxt bu komandanı çalışdırmaq istəmədiyini bildirib.
Yurgen Klopp: “Mən “Arsenal”ın oyununu bəyənirəm. Ələlxüsus da top onlarda olanda. Onların topla rəftarı həzin musiqini xatırladır, ancaq mən ağır rok sevirəm. Arsen Vengerə böyük hörmətim var. O, əla məşqçidir, lakin mən “Arsenal”ı çalışdıra bilməzdim. Çünki mən başqayam”.
