Yurgen Klop: “Çirkli də olsa, qələbə qazandıq”
31.03.2019 , 23:01

“Liverpul” klubunun baş məşqçisi Yurgen Klop “Tottenhem” üzərində qazanılan qələbəni şərh edib.
Xoşbəxt olduğunu bildirən 51 yaşlı çalışdırıcı son dəqiqələrdə vurduqları qolu xatırlamadığını deyib
“Qələbə qazanmağın 500-dən çox yolu var. Bu gün bir qədər çirkli qələbə qazandıq, amma bu mənim vecimə də deyil. Son dəqiqələrdə vurduğumuz qol isə yadıma gəlmir.”
Qeyd edək ki, “Tottenhem” üzərində 2:1 hesabı ilə qələbə qazanan “Liverpul” ilk pilləyə yüksəlib.
