Yurçeviçdən vida mesajı
03.01.2020 , 16:17

Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç vida mesajı yazıb.
Korner.az xəbər verir ki, o, özünün “feysbuk” səhifəsində bunları qeyd edib:
“AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinə rəhbərlik etdim. Mənim üçün böyük mübarizə oldu, hər andan həzz aldım. Hər kəsə təşəkkür etmək istəyirəm: futbolçulara, köməkçilərə, dəstəkçilərə, AFFA-ya… İndi yeni fürsətlər üçün səbirsizlənirəm”.
Milli Nikola Yurçeviçin rəhbərliyi altında Avropa çempionatının seçmə mərhələsində cəmi 1 xal toplayıb.
