Yurçeviç Xorvatiyadan köməkçi gətirir
12.02.2019 , 12:16

Azərbaycan millisinin yeni baş məşqçisi Nikola Yurçeviçin köməkçilərindən biri bəlli olub.
52 yaşlı mütəxəssisə həmyerlisi Mario Tokiç yardım edəcək. Bu barədə Yurçeviç mətbuat konfransında özü məlumat verib. Onlar Zaqreb “Dinamo”sunda birgə çalışıb.
43 yaşlı mütəxəssis Xorvatiyanın “Lokomotiva” klubunda baş məşqçi olub.
Yurçeviçin daha bir köməkçisi yerli mütəxəssis olacaq. Qapıçı məşqçi də azərbaycanlılardan seçiləcək.
