Yurçeviç rəsmən millimizdə
11.02.2019 , 19:55

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş sponsoru SOCAR-ın inzibati binasında AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
İclasda Azərbaycan milli komandasının baş məşqçi təyin olunub. Qurban Qurbanovun istefaya göndərilməsindən sonra boş qalmış bu vəzifəyə xorvatiyalı Nikola Yurçeviç təyin edilib.Yaxın günlərdə məşqçi ilə müvafiq müqavilə imzalanacağı bildirilib.
Bundan başqa, Milan Obradoviç Azərbaycan U-21, Samir Əliyev Azərbaycan U-19, Miloş Velebit Azərbaycan U-15, U-16 millilərinə baş məşqçi təyin edilib.
Miloş Velebit, eyni zamanda, U-15, U-16, U-17, U-18 və U-19 milli komandalarının koordinatoru kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, məşqçilik karyerasına 2002-ci ildə ölkəsinin “Zaqreb” klubunda başlayan Yurçeviç daha sonra Zaqreb “Dinamo”su, Avstriyanın “Austriya” və Xorvatiyanın “Slaven Belupo” komanalarını çalışdırıb. O, 2006-2017-ci illərdə müvafiq olaraq Xorvatiya yığması, Moskva “Lokomotiv”i, “Beşiktaş” və “Vest Hem”də Slaven Biliçin köməkçisi olub. Təcrübəli mütəxəssis son olaraq, Zaqreb “Dinamo”sunu çalışdırıb. O, ötən mövsümün sonuna 2 tur qalmış istefaya göndərilib.
