Yurçeviç qızına toy etdi
28.12.2019 , 17:00

Millimizin sabiq baş məşqisi Nikola Yurçeviçin qızı Lana Yurçeviçin toyu keçirilib.
Korner.az xəbər verir ki, Lana makedoniyalı futbolçu Rista Riki Mitrevski ilə ailə qurub. Bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.
Mərasim dünən Zaqrebdə Müqəddəs Marka kilsəsində keçirilib. Toyda yalnız ailə üzvləri və yaxınların iştirak etdiyi bildirilib.
