Yunus Akgün əməliyyat olunacaq: “Qalatasaray” üçün ciddi itki
06.11.2025 , 22:30
“Qalatasaray” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, zədə səbəbindən son oyunlarda komandaya kömək edə bilməyən Yunus Akgün əməliyyat olunacaq.
Qasıq nahiyəsində uzun müddətdir davam edən ağrılar futbolçunun cərrahi müdaxiləyə ehtiyac yaratdığı üçün həkimlər belə qərar veriblər.
24 yaşlı yarımmüdafiəçinin təxminən iki ay sıradan kənarda qalacağı gözlənilir.
Qeyd edək ki, “Qalatasaray” akademiyasının yetirməsi olan Yunus Akgün bu mövsüm 13 rəsmi matçda iştirak edib, 4 qol vurub və 2 assistlə yadda qalıb.