Bu gün Türkiyədə Birinci Divizionun 33-cü tur oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, futbolçumuz Saşa Yunisoğlunun komandası “Denizlispor” səfərdə “İstanbul BB” komandası ilə üz-üzə gəlib və 0:1 hesablı məğlubiyyətə uğrayıb.
Yunisoğlu yenidən iştirak ərizəsindən kənarda qalıb.
Hazırda “Denizlispor” 37 xalla yarış cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
