“Bu gün 4:0 hesabıyla qələbə qazanmağımıza baxmayaraq komandamın oyunu o qədər də xoşuma gəlmədi. Bəzi səhvlər var və onun üzərində işləyəcəyik".
Korner.az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran" klubunun baş əşqçisi Yunis Hüseynov "Kəpəz"lə oyundan sonra deyib.
"Ağ-yaşıllar"ın baş məşqçisi Premyer Liqanın ilk turundakı "Rəvan"la matçı xatırladı:
"Premyer Liqanın ilk oyununda da qələbə qazanmaq üçün meydana çıxmışdıq. Ancaq müəyyən səhvlərə görə buna nail ola bilmədik. Bu gün isə qalib gəldik. Gənc futbolçulara şans verdim. Onlar da özlərini yaxşı tərəfdən göstərə bildilər”.
