“Sumqayıt” çox yaxşı komandadı. Bu komanda əzmkar və meydanda çox hərəkət edən futbolçulardan formalaşıb.
Meydanın ot örtüyünün pis vəziyyətdə olması bizim öz oyunumuzu sərgiləməyə mane oldu. “Xəzər Lənkəran”ın əksər oyunçuları texniki futbol nümayiş etdirirlər. Belə meydanda isə güc futbolu önə çıxır və komandaların səviyyəsi bərabərləşir. Hər halda hesabda geri düşsək də, bərabərlik qolunu vura bildik".
Korner.az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran" klubunun baş məşqçisi Yunis Hüseynov "Sumqayıt"la oyundan sonra (1:1) deyib.
"Ağ-yaşıllar"ın çalışdırıcısı onu istefaya səsləyən azarkeşlər haqda da, danışıb:
"Buna fikir vermirəm. Məni istefaya səsləyənlərin kimliyini bilirəm. Bunu zamanı gələndə deyəcəm. Ancaq onu deyim ki, bunlar mənə qarşı öyrədilmiş insanlardı".
