"Düzü, "Zalsburq"la ilk oyunda "Qarabağ"dan qələbə gözləmirdim. Ancaq komandamız əzmkar oyunu ilə qalib gəldi"
Korner.az-ın məlumatına görə, bu sözləri Azərbaycanın tanınmış futbol mütəxəssisi Yunis Hüseynov deyib. Bir vaxtlar "Karvan", "Xəzər Lənkəran" kimi klubları çalışdıran məşqçi:
"Həqiqətən "Qarabağ" çox gözəl oyun nümayiş etdirdi. Məncə, "Qarabağ" səfər matçında müdafiədən oynayacaq. İnanmıram ki, komandamız açıq futbol oynasın. Rəqib elə komandadır ki, "Qarabağ" açıq futbol oynasa, nəticə çox acınacaqlı olar. Ona görə də qapalı oynayıb, əks hücumlara bel bağlamaq lazımdır. "Zalsburq" yaxşı komandadır. Onlar da cavab matçına ciddi hazırlaşırlar. Reynaldo və Telinin cavab matçında olmaması "Qarabağ"ın oyununa çox yox, bir az mənfi təsir göstərə bilər", – ifadələrini dilə gətirib.
