“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynovun müsahibəsi.
– “Vaslui” ilə yoxlama oyunu haqda fikirlərinizi bilmək istərdik…
-“Vaslui” ilə oyunumuz maraqlı keçdi. Rəqib Rumıniya çempionatının ikinci komandası idi. Bu, 3-cü oyunumuz idi. Qarşıda 1 matçımız da var.
– 1:1 hesabı ilə başa çatan görüşdən razı qaldınız?
– Qarşılaşmada pis oynamadıq. Öz futbolçularımdan razı qaldım.
– Xorvatiyalı Qoran Mujanoviç və danimarkalı Kim Aabehi sınadınız. Onlar necə təsir bağışladı?
– Onların oyunu məni qane etmədi. Artıq fasilədə onları əvəzlədim.
– Onları geri qaytaracaqsınız?
– Bəli onlar geri qaytarılacaq.
– Onların oyununda nəyi bəyənmədiniz?
– Onlar pis futbolçu deyil. Amma “Xəzər Lənkəran”ın gücünə güc qatmaq iqtidarında deyillər.
– Nəticədən razı qaldınız?
– Oyun heç-heçə başa çatdı ki, bu hesab heç də oyuna görə deyil. Biz qələbə qazanmalı idik. Amma yoxlama oyunlarında nəticə bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Əsas odur ki, yaxşı oynadıq. Komandadan razı qaldım.
apasport.az
