Ölkə futbolu

Yunis Hüseynov “Keşlə”dən getdi

24.01.2021 , 15:07

“Keşlə”nin baş məşqçisi Yunis Hüseynov istefa verib.

Korner.az xəbər verir ki, 55 yaşlı mütəxəssis bu gün istefa ərizəsini klub rəhbərliyinə təqdim edib. Keçirilən görüşdən sonra Hüseynovun istefası qəbul olunub.

Bu barədə klubun saytı məlumat yayıb.

Təcrübəli mütəxəssis 2020-ci ilin avqustunda komandanın baş məşqçisi təyin olunmuşdu.

Son yazılar

Yuxarı