“Gərgin oyun keçdi, hər iki komandanın futbolçularına göstərdikləri oyuna görə təşəkkür edirəm. Bərabər səviyyəli oyun oldu".
Korner.az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran" klubunun baş məşqçisi Yunis Hüseynov deyib.
Çalışdırıcı "İnter"lə oyundan sonra keçirilən mətbuat konfransında hesabın oyuna görə olduğunu bildirib: "Fərqlənmək üçün imkanlarımız var idi, lakin istifadə edə bilmədik. Qarşıdakı oyunlarda qalib gəlməliyik”.