big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

Yunis Hüseynov Foqtsla məzələndi, Samir Musayev tənqid etdi (SORĞU)

30.10.2013 , 07:25

Millimiz DÇ-2014-ün seçmə mərhələsində özü üçün rekord sayılacaq 9 xal topladı

Korner.az-ın məlumatına görə, bundan sonra Foqtsla müqavilənin uzadılmasıyla bağlı  söhbətlər də artmağa başladı.

“Çempion” bu barədə futbol mütəxəssislərinin fikrini öyrənib.

Ağasəlim Mircavadov: “Mütəxəssislərin qərarı bu məsələdə heç bir rol oynamır. Qərarı İcraiyyə Komitəsi verəcək. Foqtsun geridəqalan 5 il ərzində gördüyü iş təhlil edilməlidir. Araşdırmaq lazımdır ki, Foqts bu müddətdə yığmamız nə verib və gələcəkdə nə verə bilər? Analiz edəndən sonra qərar vermək lazımdır. Əgər təhlil üçün bizi dəvət etsələr, sözümüzü orada da deyə bilərik. Axırıncı oyunlarda yığmamız yaxşı oynadı, həm də nəticə verdi. Onu da deyim ki, bu qədər vaxtı heç bir yerli məşqçiyə verməzdilər. Yığma ilə yanaşı, klublarda da eyni vəziyyət hökm sürür. Halbuki Azərbaycan futbolunda nə uğur olubsa, hamısı yerli məşqçilərin adı ilə bağlıdır”.

Yunis Hüseynov: “Foqts haqda gərək danışmayaq. Mən deyərdim ki, o, ömürlük yığmanın baş məşqçisi olmalıdır. Foqtsun 5 ildə gördüyü iş göz önündədir. Unutmayaq ki, o, Foqtsdur. Onun rəhbərliyi altında millimiz super oyun sərgiləyir (gülür). Bu sözləri başqa jurnalistlərə də demişəm, aralarında inananlar da olub. Siz mənim zarafat etdiyimi anladınız. Bilirsiniz, bu elə bir mövzudur ki, Yunis dedi və ya demədi, nə fərqi? Nəsə dəyişəcəksə, suala cavab verim. əgər dəyişməyəcəksə Foqtsun qalıb-qalmaması mənə heç maraqlı da deyil”.

Vəli Qasımov: “Millimizin son seçmə mərhələdə imza atdığı nəticə yaxşıdır. Hər halda, 9 xalı bu vaxta qədər toplaya bilməmişdik. Ancaq xoş sözləri sərgilənən oyuna da aid etmək olmur. Futbolçularımızın ustalıq səviyyəsi yüksək deyil. Bu seçmə mərhələdə də müdafiədən oynayıb nəticə qazanmağa çalışdıq. O ki qaldı Foqtsun gələcək taleyinə, mənim fikrim nəyisə dəyişməyəcək. Bu məsələdə son sözü İcraiyyə Komitəsi deyəcək. Bütün oyunlara baxmışıq. Etiraf edək ki, xal qazandığımız oyunlarda da yığmamız biz istəyən oyunu nümayiş etdirə bilməyib. Mən demirəm ki, Avropanın top yığmaları ilə eyni səviyyədə oynayaq. Ancaq ən azından, indikindən yaxşı oynamaq mümkündür. Millinin futbolçularında potensial var. Yığmanın baş məşqçisi yerli mütəxəssis olsa, daha yaxşıdır. Tam əminliklə deyirəm ki, Foqtsa yaradılan şəraiti yerli məşqçiyə də yaratsalar, o da nəticə verər. Ancaq əzəldən belə olub ki, nədənsə yerli məşqçilər xaricilərə yaradılan şərait və imkandan məhrumdurlar. Halbuki bizim futbolçuları özümüzünkülər daha yaxşı bilirlər və güclərinə bələddirlər. Heyət quranda futbolçuların klubların heyətində oynayıb-oynamamasına fikir vermək lazımdır”.

Kamal Quliyev: “DÇ-2014-ün seçmə mərhələsində topladığımız xallar gərək bizi aldatmasın. Əsas oyundur. Nəticə də vacibdir, ancaq keyfiyyət daha vacibdir. Mənim Foqtsa münasibətim dəyişməyib. Əvvəllər onun barəsində nə düşünürdümsə, indi də o fikrimdə qalıram. Bu nəticələr gözlənilən idi. Son 2 oyunda bizim futbolçulara məşqçi lazım deyildi. Artıq oyunçularımız təcrübələrini artırıblar. Foqts gəldiyi gündən millətimizi bacarıqsızlıqda günahlandırıb, hətta bizi ələ də salıb. Özünə hörmət edən məşqçi deməz ki, Azərbaycanda futbol yoxdur. Foqts tez-tez şəraitdən gileylənib, halbuki federasiya ondan yaxşı heç kimə şərait yaratmayıb. Bəlkə elə deyil? Əgər bu şəraitin qabağında narazılıq edirsənsə, onda özünə hörmət elə, çıx get. Adın var, sanın var. Mən həmişə yerli mütəxəssislərin tərəfdarı olmuşam. Bu dəqiqə bizim futbolçuların hamısı daxili çempionatda oynayır. Avropada 6-7 oyunçumuz çıxış etmir ki, biz xarici mütəxəssis gətirək. Qurban Qurbanovun işi göz önündədir. Onunla yanaşı, Yunis Hüseynov, Arif Əsədov, Aslan Kərimov və Vidadi Rzayev kimi gənc məşqçilərimiz var. Bunlar vaxtilə güclü futbolçu da olublar. Özümüzünkülərə şans vermək lazımdır. Olmazmı ki, öz məşqçilərimizi Avropanın qrand klublarında praktika keçməyə göndərək? Qoy, getsinlər, “Mançester Yunayted” və “Real” kimi komandaların məşq prosesini izləsinlər. Allaha şükür, futbol başçılarımız bu gün hər şəraiti yaradırlar. Bu sistemi də qurmaq lazımdır. Öz məşqçilərimizə inam olmalıdır. Məşqçilik çox ağır işdir. Əvvəli necə olursa, elə o tempdə də davam edirsən. Rəhbərlik, məşqçi və futbolçu arasında inam olmasa, uğur qazanmaq mümkün deyil. Yenə deyirəm, 9 xal bizi aldatmamalıdır, Foqtsu göndərməliyik. Vallah, 9 xalı öz məşqçilərimiz də yığardılar”.

Samir Musayev: “Mən bunu dəfələrlə demişəm ki, nə qədər yığmanın baş məşqçisi Berti Foqtsdur, oyun mənasında heç nə gözləmirəm. İstəyirəm ki, millimizi yerli məşqçi çalışdırsın. Artıq bir neçə dəfə namizədimi açıqlamışam: Qurban Qurbanov. Yaxşı olar ki, onu baş məşqçi postuna gətirsinlər və Foqtsa yaradılan şəraiti Qurbana da yaratsınlar. Çoxları seçmə mərhələdə uğurlu çıxış etdiyimizi düşünür. Ancaq mən belə deməzdim. Qrupun ən zəifi Lüksemburq yığması idi ki, 2 oyunun heç birində onlara qalib gələ bilmədik. Yenə deyirəm, Foqts nə qədər ki, baş məşqçi postundadır, heç bir irəliləyiş olmayacaq. Rusiya ilə keçirilən son oyunda millimiz meydançada pleymeykersiz çıxmışdı. Bilmirsən hansı futbolçu hansı mövqedə oynayır? Nə qədər müdafiə futbolu oynamaq olar? Ona görə də, hücum qurmaqda çətinlik çəkirik. Məhz bu səbəbdən 9 xala belə sevinirlər də. Milli bizə ildən-ilə 1-2 xal çox yığmaq üçün lazım deyil. Bizə milli Avropaya, dünya çempionatına getmək üçün lazımdır. Məqsədimiz bu olmalıdır. İldən-ilə 2 xal artıq yığmaqla heç bir inkişafa nail olmayacağıq”.

Son yazılar

To Top