“Gərgin qarşılaşma oldu. Mərhələ keçmək üçün ciddi hazırlaşmışdıq. Əfsuslar olsun ki, Lənkəranda olduğu kimi, yenə rəqibin bəxti gətirdi. Biz meydan sahiblərindən daha yaxşı oynadıq”. Korner.az-ın məlumatına görə, bu sözləri Avropa Liqasının II təsnifat mərhələsinin “Lex”lə cavab matçından sonra “Xəzər Lənkəran” klubunun baş məşqçisi Yunis Hüseynov deyib.
Poznandakı qarşılaşmada 0:1 hesabı ilə uduzaraq, mübarizəni dayandıran “ağ-yaşıllar”ın çalışdırıcısı oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb.
“Rəqibə qarşıdakı oyunlarda uğurlar arzulayıram. Bizə bu gün 1 qol vurmaq lazım idi. Amma bunu bacarmadıq”.
apasport.az
