“Xalın silinməsi xəbəri komanda da, şok effekti yarattı“
"Nəhayət ki, haqq-ədalət öz yerini tutdu. Bu xal əvvəlcədən silməsəydilər daha yaxşı olardı. Xalın silinməsi xəbəri komanda da, şok effekti yarattı və oyunçular psixoloji cəhətdən "sındı". Çox şükür ki, rəhbərliyin sayəsində xallarımız geri qaytarıldı".
Bu sozləri Korner.az-a açıqlamasında "Xəzər Lənkəran" klubunun baş məşqçisi Yunis Hüseynov deyib. Çalışdırıcı FİFA-nın cənubluların aktivindən sildiyi 6 xaldan sonra bərpası haqda qərar çıxartmasında sonra klubda yüksək əhval-ruhiyyə hökm sürür. Yunis Hüseynovda bunun böyk əhəmiyyət kəsb etdiyini deyərək, qarşıdakı oyunlardan danışıb:
"Artıq futbolçularımızda əhval-ruhyyə yüksəlib. Qarşıdakı oyunlarda maksimum nəticələr əldə etməyə çalışacağıq. Çempionluq şanslarımızda az da, olsa qalır. Bu həftə "İnter"lə oyuna da, ciddi hazırlaşırıq. Bakıdan qələbə ilə ayrılmağa çalışacağıq".