Çempionlar Liqası V turunun ikinci oyun günündə növbəti matçlar keçirilib. Azərbaycanın turnirdə yeganə təmsilçisi "Qarabağ" "Çelsi"ni qəbul edib. Oyun qonaqların böyükhesablı qələbəsi ilə başa çatıb.
Matçdan sonra jurnalistl'rin suallarını cavablandıran londonluların futbolçusu Villian oyun haqda danışıb. Onun düşüncələrinə görə görüşün 20-ci d'qiqəsində mübahisə yaradan epizodda penalti qərarı doğru idi:
"Bu matçda dubl etdiyimə görə sevinirəm. Layiqli qələbə qazandıq, oyunun əvvəlindən yaxşı matç keçirdik. Penalti epizoduna gəlincə, orada yüngül müdaxilə var idi və düşünürəm ki, penalti qərarı haqlı idi. Hazırda bizə bütün futbolçularımız lazımdı. Hər üç gündən bir oyun keçiririk, bu səbəbdən istirahətə ehtiyacımız var" (UEFA.com)
Foto: Firi Salim
