Yunanıstan kubokunun matçları təxirə salınıb.
Korner.az-ın məlumatına görə, buna səbəb sözügedən yarışın yarımfinalında keçirilən PAOK – “Olimpiakos” matçında azarkeşlərin hərəkəti olub.
Yerli mətbuatın yazdığına görə, qarşılaşmanın sonlarında hakim meydan sahibi komandanın futbolçusunun rəqib cərimə meydançasında yerə yıxılmasını penalti kimi dəyərləndirməyib. Bu qərardan narazı olan azarkeşlər meydançaya girib və qarışıqlıq yaşanıb.
Qeyd edək ki, matç 86-cı dəqiqədə qonaqların 2:1 hesabı ilə öndə olduqları vaxt dayandırılıb.
