Yunanıstanda bütün futbol yarışları qeyri-müəyyən müddətə dayandırılıb.
Korner.az-ın məliumatına görə, bu barədə Yunanıstan Futbol Federasiyası qərar verib.
Buna səbəb ölkənin Hakimlər Komitəsinin sədri Giorgos Bikasın evinin yandırılması olub.
Yerli federasiya hadisədən sonra ölkədə bütün futbol yarışlarını qeyri-müəyyən müddətə dayandırıb. Bu barədə FİFA və UEFA-ya məlumat verilib
