Yunanıstanda çempion müəyyənləşdi
14.04.2025 , 08:57

Yunanıstan çempionatında 29-cu turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, “Olimpiakos” bu turda AEK-i qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.
Bununla da komanda mövsümün sonuna üç tur qalmış çempionluğu rəsmiləşdirib.
Bu, klubun ümumilikdə 48-ci çempionluğudur.
