Yunanıstan millisinin üzvü “Qalatasaray”da
31.01.2019 , 13:16

“Qalatasaray” növbəti transferini həll edib.
İstanbul klubu “Marsel”dən Kostas Mitroğlunu icarəyə götürüb. Yunanıstan millisinin üzvü “sarı-qırmızlar”da 1,5 illik icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, 30 yaşlı forvard “Marsel”ə 2017-ci ildə “Benfika”dan keçmişdi.
