Türkiyə Super Liqasında mübarizə aparan “Fənərbağça” transfer çalışmalarını davam etdirir.
Korner.az-ın məlumatına görə, Simon Kyeri sataraq transfer üçün lazım olan pul vəsaitini əldə etmək istəyən “sarı-lacivərtlilər”ə Yunanıstan millisinin üzvü Kiriakos Papadopulos təklif edlib.
Transfer hüququ “Bayer”də (Leverkuzen) olan müdafiəçi mövsümü icarə əsasında “Hamburq”da keçirib. Futbolçunun Leverkuzen klubu ilə 2020-ci ilə qədər müqaviləsi var. Bildirilir ki, “Fənərbağça” bu təkliflə bağlı ciddi müzakirələr aparacaq.
