"Bakı" daha bir futbolçunun transfer edir. Korner.az-ın məlumatına görə, paytaxt təmsilçisi Yunanıstan millisinin sabiq hücumçusu Vangelis Mantsiosu sıralarına qatır. Bu həftənin sonunda "zolaqlılar"ın heyətinə qoşulacaq forvardla 1+1 şərti ilə müqavilə bağlanacağı bildirilir.
Vangelis Mantsios Yunanıtanın "Panionios", "Panaytinakos", Almaniyanın "Ayntraxt", Cənubi Kiprin “Anortosis”, Portuqaliyanın “Maritimo" klublarında çıxış edib. Hücumçunun son iş yeri Yunanıstan Superliqası olub. 29 yaşlı forvard 2011-2012-ci illərdə OFİ-də 22 oyuna çıxaraq 7 qol vurub.
