Yunanıstan millisində baş məşqçi dəyişikliyi
26.10.2018 , 16:58

Yunanıstan millisinin baş məşqçisi Mixal Skibbe istefaya göndərilib
Bu barədə Yunanıstan Futbol Federasiyası xəbər yayıb.
Millinin uğursuz çıxışları almaniyalı mütəxəssisin qovulmasına səbəb olub. Komanda Milətlər Liqasının son iki görüşündə – Finlandiya (0:2) və Macarıstana (1:2) uduzub. Yığma hazırda 4 turdan sonra 6 xalla qrupda 2-cidir.
Skibbeni yerli mütəxəssis Angelos Anastassiadis əvələyib. Onunla bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Skibbe 2015-ci ilin oktyabrından Yunanıstan millisini çalışdırırdı.
