Yunanıstan klubundan yeni transfer
24.06.2025 , 11:55

“Aris” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Yunanıstan təmsilçisi “Eştoril”dən Pedro Alvaronu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı müdafiəçinin müqaviləsinin detalları barədə məlumat açıqlanmayıb.
