Yunanıstan – Azərbaycan oyununun hakimləri açıqlandı
20.02.2025 , 13:58

Futzal üzrə Avro-2026-nın əsas mərhələsinin 5-ci qrupu çərçivəsində keçiriləcək Yunanıstan – Azərbaycan oyununa hakim təyinatları açıqlanıb.
Korner.az xəbər verir ki, Afinada oynanılacaq matçı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.
AÇ-2026. Əsas mərhələ. V qrup
11 mart
21:00. Yunanıstan – Azərbaycan
Hakimlər: Trayan Ençev, Kaloyan Kirilov, İvan İvanov (Bolqarıstan)
Afina. DAİS İdman Arena.
