Yunanıstan futbolunda növbəti qalmaqal yaşanıb.
Korner.az-ın məlumatına görə, ölkə kubokunun 1/4 finalında AEK və “Olimpiakos” arasında keçirilən matçın son dəqiqələri gərginliklə yadda qalıb.
Qonaqların görüşün 89-cu dəqiqəsində hesabı açmasından sonra ev sahibi komandanın azarkeşləri meydana daxil olublar. Nəticədən narazı qalaraq meydana daxil olan AEK-in çılğın fanatlarını sakitləşdirməyin çətinliyini görən hakim oyunun təxirə salıb.
